Главная > Maraqlı > Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisi

Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisi


24-01-2023, 09:34. Разместил: admin44

1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində təşkil edilən Dünya İqtisadi Forumunun əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji problemlərin və hadisələrin müzakirəsini aparmaqdan ibarətdir.
                   
Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.   Ümummilli Lider Heydər Əliyev ilk dəfə olaraq 27-31 yanvar 1995-ci ildə Dünya İqtisadi Forumda iştirak etmişdir. Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır.
               
 Möhtərəm Prezident Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb. Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı iştirak etmişdir. Dövlətimizin başçısı 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur.
               “
Azərbaycan Prezidenti Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasda çıxışında Avropa İttifaqına təchizatın minimum 20 milyard kubmetr səviyyəsində olacağını vurğulayıb. Bu, ümumilikdə Avropanın enerji tələbatının ödənilməsində çox mühüm rol oynayacaq.TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsinin nəzərdə tutulduğunu Möhtərəm Prezident qeyd edib. Bu, Azərbaycanın xüsusilə indiki mürəkkəb dövrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edə biləcəyini təsdiqləyir.
               
Azərbaycan regionda nəqliyyat şəbəkəsinin genişlənməsində də fəal rol oynadığını, Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkə kimi tanınmasını və  Prezident İlham Əliyev tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışının olduğunnu bildirdi. Azərbaycanın uğurunu şərtləndirən əsas amillərdən biri bundan ibarətdir ki, bütün dövlətlərlə münasibətlərini qarşılıqlı etimad əsasında qurmağa müvəffəq olub. Bununla bərabər təbii ki, ölkəmizin iqtisadi imkanları, maliyyə resursları da qlobal əhəmiyyətli iqtisadi layihələrdə ciddi tərəfdaş kimi qəbul edilməsinin əsas səbəblərindəndir.
           
 “Azərbaycanın Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq.“Fortescue Future Industries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəsli olduğunu Möhtərəm Prezidentimiz bildirmişdir.”
               
Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forumda irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi,  siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli şərait yaradır.

               

Əntiqə Tağıyeva,
Hişkədərə kənd sakini




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад