Главная > Maraqlı > “Zərərdən uzaq -sağlam həyata doğru“ mövzusunda tədbir
“Zərərdən uzaq -sağlam həyata doğru“ mövzusunda tədbir24-01-2023, 17:52. Разместил: admin44 |
24 yanvar tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə İ. Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbində “Zərərdən uzaq -sağlam həyata doğru“ mövzusunda tədbir keçirildi. Tədbirdə Dini Qurumlar işi üzrə Dövlət Komitəsinin(DQİK) Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, Masallı rayon Polis Şöbəsinin inspektoru Samit Əliyev , Boradigah məktəbinin müəllim və şagirdləri iştirak etdi. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Əkbər Mahmudov müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan yeniyetmə və gənclərimizin qorunması işində məktəblərin üzərinə düşən işdən danışdı. Sonra muzeyin direktoru Əntiqə Tağıyeva , DQİK- nin Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, Polis inspektoru Samit Əliyev cəmiyyətimizi ümumən zərərli vərdişlərdən qorumaq üçün şagirdlərə özünüidarə imkanlarını yaratmaq, valideyn, övlad arasında münasibətlərin düzgün qurulması və ən əsası bütövlükdə cəmiyyətdə hər bir şəxsin birgə və fərdi olaraq narkomaniya ilə barışmaz mübarizə aparmağına böyük ehtiyacın olduğundan danışdılar. Natiqlər bildirdilər ki, zərərli vərdişlərə qarşı ümummilli mübarizənin vacibliyi həyatımızı, gələcəyimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumağa xidmət edir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |