Главная > Maraqlı > Cəlil Xəlilov: Səfirliyimizə qarşı terror aktının İranın siyasi dairələri tərəfindən planlaşdırılması ehtimalı böyükdür
Cəlil Xəlilov: Səfirliyimizə qarşı terror aktının İranın siyasi dairələri tərəfindən planlaşdırılması ehtimalı böyükdür30-01-2023, 17:16. Разместил: admin44 |
Səfirliyimizə qarşı terror aktının İranın siyasi dairələri tərəfindən planlaşdırılması ehtimalı böyükdür. Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bütün ilkin məlumat və faktlar bu ehtimalı gücləndirir: “Təşkilat olaraq səfirliyimizə qarşı törədilən terror aktını qınayır, bütün müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb edirik. Səfirliyimizə qarşı həyata keçirilən bu hücum beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması, İranın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsi, anti-Azərbaycan siyasətini terror müstəvisinə keçirməsi deməkdir. Bütün ilkin məlumat və faktlar bu hücumun rəsmi Tehranın “xeyir-duası” ilə planlaşdırıldığını göstərir. Videogörüntülərdən də məlum olur ki, səfirliyin qorunmasına cavabdeh olan iranlı asayiş keşikçilərindən heç kim terrorçuya mane olmağa cəhd etmir, onun zərərsizləşdirilməsi istiqamətində hər hansı addım atmır. Terrorçu səfirlik binasına daxil olandan sonra məhz azərbaycanlı mühafizəçilər tərəfindən tərk-silah edilir”. Cəlil Xəlilov deyib ki, hadisədən dərhal sonra Tehranın polis rəisinin verdiyi açıqlamalar, terrorçunun İran televiziyalarına çıxarılması, hadisənin şəxsi münasibətlər zəminində baş verməsi ilə bağlı dövriyyəyə buraxılan məlumatlar proseslərin İran dövləti tərəfindən idarə edilməsi ehtimalını gücləndirir. “İran dövləti terror aktına görə Azərbaycan dövlətindən rəsmi şəkildə üzr istəməli, terror aktının sifarişçilərinin və təşkilatçılarının tam şəkildə müəyyən edilərək məsuliyyətə cəlb etməli, həmçinin istintaq prosesində Azərbaycanın hüquq-mühafizə orqanlarının da iştirakını təmin etməlidir. Həm beynəlxalq konvensiyalar, həm də siyasi əxlaq bunu tələb edir. Əgər rəsmi Tehran bundan sonra da özünü terror aktının fövqündə tutmaqda davam edəcəksə, bu, İranın terror dövləti olması ilə bağlı təəssüratları gücləndirəcək, Azərbaycanı beynəlxalq hüquq çərçivəsində sərt addımlar atmağa vadar edəcək”, - deyə Veteranlar Təşkilatının sədr müavini vurğulayıb. AZƏRTAC “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |