Главная > Maraqlı > Masallıda növbəti qanunsuz tikili söküldü
Masallıda növbəti qanunsuz tikili söküldü30-01-2023, 17:37. Разместил: admin44 |
Masallı şəhəri ərazisində növbəti qanunsuz tikili Digah küçəsində sökülmüşdür. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzərət Dövlət Agentliyinin 26 dekabr 2022-ci il tarixli 17 nömrəli qərarı ilə Masallı şəhəri Digah küçəsində 2 mərtəbədən ibarət ümumi sahəsi 400 kv.metr olan obyektin söküntüsü işləri həyata keçirilmişdir. Qeyd etmək istərdik ki, obyekt Masallı şəhər, Qurtuluş küçəsi ev 10 ünvanında yaşayan, Əliyev Elxan Qulamhüseyn oğlunun hüquqi sənədi olmadan mülkiyyəti dövlətə məxsus torpaq sahəsində qanunsuz olaraq tikilmişdir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |