Главная > Maraqlı > Masallıda 36 yaşlı qadın itkin düşüb

Masallıda 36 yaşlı qadın itkin düşüb


31-01-2023, 11:52. Разместил: admin44

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızı yanvarın 24-də saat 16 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinin 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


AZƏRTAC

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад