Главная > Maraqlı > Gənclər gününə həsr olunmuş şahmat turniri başa çatıb

Gənclər gününə həsr olunmuş şahmat turniri başa çatıb


31-01-2023, 15:40. Разместил: admin44

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Masallı Rayon Gənclər və İdman İdarəsinin və Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Gənclər həftəsi” çərçivəsində “Azərbaycan gəncliyi etibarlı gələcəyəmizdir” devizi altında uşaq, yeniyetmə və gənclər arasında şahmat üzrə keçirilən turnirə yekun vurulub.

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbində İsveçrə sistemi üzrə təşkil olunan yarışlar 4 gün (25-30 yanvar) davam edib.

12, 14 və 16 yaş kateqoriyası üzrə yeddi turdan ibarət turnirə 45-dən çox idmançı qatılıb.

İlk üç yeri tutan şahmatçılar təşkilat komitəsinin diplomları ilə mükafatlandırılıb.

Yarışın yekun nəticəsinə əsasən 16 yaşlı oğlan və qızlar arasında Əli Ramazanov, Ayşən Şahmarova birinci, Yusif Cəfərov, Leyla Ağacanova ikinci, Fuad Ağacanov, Lalə Ağacanova üçüncü, 14 yaşlılar arasında Miryusif Sadıqzadə, Aydan Qaraşlı birinci, Rza Ağakişiyev, Nuray Qaraşlı ikinci, Səccad Cəfərov, Nisə Təhməzli üçüncü, 12 yaşlılar arasında isə Məhəmməd Mustafazadə birinci, Nihad Həsənov ikinci, Dəniz Əlizadə üçüncü yerə layiq görülüblər.

Mükafatlandırılma mərasimində “Masallı Gənclər Evi” SXM-nin metodisti Tural Sadıqov, UGİŞM-nin direktoru Əlifağa Yaqubov , məktəbin baş təlimatçısı Famil Fərmanlı çıxış edərək qalibləri təbrik edib, yarışların keçirilməsində məqsədin məktəbli idmançıların asudə vaxtlarının səmərəli təşkili, onların idmana marağının artırılması, eləcə də daha güclü şahmatçıların aşkar edilməsi olduğunu vurğulayıblar.

 


Akif AĞAYEV


“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          



шаблоны для dle 11.2
Вернуться назад