Главная > Maraqlı > Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır

Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır


31-01-2023, 23:00. Разместил: admin44
 

 Prezident İlham Əliyevin Macarıstan səfəri ölkənin siyasi rəhbərliyinin növbəti strateji addımıdır. Özünü müxtəlif sahələrdə, xüsusən də enerji sahəsində etibarlı tərəfdaş olaraq doğruldan Azərbaycan beynəlxalq arenada diqqət mərkəzində qalmağa davam etməklə avropalı həmkarları üçün daha cəlbedici tərəfdaşa çevrilməkdədir. Bu baxımdan Macarıstan Azərbaycana dəstək üçün müraciət edən ilk Avropa ölkəsi deyil.
Səfərin məqsədi iki ölkə arasında münasibətlərin gələcək inkişafına şərait yaratmaq və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı gücləndirməkdən ibarət idi.
           
Münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıdığın  Prezident İlham Əliyev bildirib
             
Prezident İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahəsində əməkdaşlıq uğurla inkişaf etdirildiyini, bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalan bildirmişdir. Eyni zamanda Macarıstanın "Wizz Air" aşağıbüdcəli aviaşirkəti Bakı ilə Budapeşt arasında birbaşa reyslər həyata keçirildiyini də qeyd etmışdır.
             
Macar şirkətləri həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər və bununla əlaqədar müvafiq layihələr təqdim ediblər. Macarıstan həmçinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyətin dəstəklənməsi üçün könüllü yardım qismində 25 min avro ianə edib.
             
Bundan başqa, bu qədər qısa müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsində nəzərəçarpan dərəcədə artım yüksək səviyyədə tərəfdaşlığın əyani sübutudur. 2021-ci ildə Azərbaycanla Macarıstan arasında ümumi əmtəə dövriyyəsi 35,16 milyon dollar təşkil edib, ötən il isə bu göstərici 34,81% artaraq 47,4 milyon dollar olub.

Prezident İlham Əliyevin səfəri zamanı Budapeştdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra vacib sənədlər imzalandı. Buraya genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, təbii qaz əməkdaşlığı haqqında  Anlaşma Memorandumu, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu daxildir.
             
Prezident İlham Əliyevin Macarıstan səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn inkişafının parlaq sübutudur. Bu səfər iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq.
             
Bu səfər Azərbaycanın öz iqtisadi və geostrateji üstünlüklərindən səmərəli şəkildə istifadə edərək yeni inkişaf mərhələsinə daxil olduğunu, yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və Cənubi Qafqazda aparıcı ölkəyə çevrilməklə daha çox tərəfdaş cəlb etdiyini göstərir.


Aytən Şükürov                
Dəmirçi kənd ümumi orta məktəbinin direktoru



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад