Главная > Maraqlı > Azərbaycan və Macarıstan dostluğu

Azərbaycan və Macarıstan dostluğu


2-02-2023, 08:39. Разместил: admin44
                               
Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir.İki xalq arasındakı əlaqələrin dərin tarixi köklərə malikdir. XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticari münasibətlər mövcud olub. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Macarıstanın ölkəmizin dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması da təsadüfi deyil və iki xalq arasındakı dərin tarixi köklərə söykənir. Azərbaycan və Macarıstan Respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycan  öz müstəqilliyini bəyan edəındən sonra  1992-ci ilin aprel ayının 27-də  qurulmuşdur.
               
Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Macarıstanın bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsiə, Budapeştin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad münasibətlərinin göstəricisi kimi dəyərləndirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malikdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır.Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər isə onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir. Cari ilin yanvar ayında Möhtərəm prezidentimiz rəsmi olaraq Macarıstana səfər etmişdir.Bu səfərin məqsədi   ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
             
Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı  30 yanvar 2023-cü           tarixində Budapeştdə mətbuata verdiyi bəyanatda demişdir:” Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Enerji təlükəsizliyi məsələləri  bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön  sıralarındadır. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. İmzalanan birgə sənədə əsasən biz qaz təchizatını iki dəfə və daha çox artırmağı planlaşdırırıq. Azərbaycan qazı əvvəlcə Bolqarıstana,sonra Ruminiyaya  ,ondan sonra isə Macarıstana və daha çox ölkələrə çatdırılacaqdır.Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı kimi deyil ,eyni zamanda isə Azərbaycan qazını Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcəkdir.” “Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda bu layihədə cəmləşən ölkələr Azərbaycan,Gürcüstan,Ruminiya və Macarıstan bir araya gələrək  ilkin addımı atacaq  və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.”
                 
Möhtərəm Prezidentimizin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.  Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında uğurlu bir mərhələnin başlanğıcı olacaqdır.



Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq  Muzeyinin direktoru  


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад