Главная > Maraqlı > Masallı rayon Heydər Əliyev Mərkəzində gənclər üçün “açıq qapı” günləri

Masallı rayon Heydər Əliyev Mərkəzində gənclər üçün “açıq qapı” günləri


2-02-2023, 18:16. Разместил: admin44

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Masallı rayon Heydər Əliyev Mərkəzində gənclər üçün “açıq qapı” günləri təşkil edilib.

Bununla əlaqədar yaşı 14-dən 29-dək olan gənclərin Mərkəzə sərbəst girişi təmin edilib.

Burada onlara Mərkəzin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat, fotoşəkillər, kitablar haqqında ətraflı məlumat verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад