Главная > Maraqlı > “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir

“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir


2-02-2023, 18:21. Разместил: admin44

Fevralın 2-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

Tədbirdə rayonun fəal gəncləri ilə yanaşı YAP Masallı rayon Təşkilatının nümayəndələri, mədəniyyət işçiləri iştirak edib.

Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi Partiya Təşkilatının sədr müavini Gülcahan Vəkilzadə çıxış edərək bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev tərəfindən bu siyasət, dövrün tələblərinə uyğun olaraq, daha da təkmilləşdirilərək uğurla davam etdirilir. G. Vəkilzadə çıxışına davam edərək Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərdiyini, müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etdiklərini bildirib.

Sonra YAP Masallı rayon Təşkilatının əməkdaşı Eldar Kazımov, Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva,  “Peşə Təmayüllü Siniflərin təşkili” layihəsinin qrup rəhbəri Elməddin Quliyev və Masallı Dövlət Regional Kollecin TGT sədri Elçin Ağayev ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil oluna bilmələri üçün geniş və hərtərəfli imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin önə çəkildiyini və şəxsən cənab Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini bildiriblər. Bütün bunların isə, əlbəttə, Azərbaycan gəncliyinin daha yüksək, dövrün tələblərinə uyğun səviyyədə yetişmələri və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün əvəzsiz olduğunu vurğulayıblar.

Daha sonra Masallının fəal gəncləri də çıxış edərək hər bir gənci təbrik ediblər. Tədbirə Gülcahan Vəkilzadə yekun vuraraq bütün qonaqlara, natiqlərə və iştirakçılara təşəkkürünü bildirib.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад