Главная > Maraqlı > İki ölkə arasındakı əməkdaşlıq

İki ölkə arasındakı əməkdaşlıq


4-02-2023, 15:26. Разместил: admin44

Rümıniya Azerbaycanın müstəqilliyini ilk tanıyan (11 dekabr, 1991)dövlətlərdən biri olub. Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələr 1992-ci ildən qurulmuşdur.
             
Bir neçe gün bundan öncə Rumıniya prezidenti Klaus Yohannisin Azerbaycana etditi səfər bir sıra maraqlı məqamları ilə diqqət çəkdi. Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış etdilər.
     
Prezident İlham Əliyev çıxışı zamanı ilk öncə  Rumıniya dövlət başçısını Azərbaycanda görməkdən məmnunluğunu ifadə etdi. İki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyəde olmasını ölkələrimizin dostluq təmelinin möhkəm olması ilə əlaqələndirdi. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.  
             
Son dövrlər Dünya gündəminin əsas mesələ mövzusu  energetika sahəsidir. Azərbaycan ilə Rumıniya arasında energetika sahesinin uzun tarixi var.Belə ki, Socar şirkəti artıq illərdir Rumıniyada fəaliyyət göstərir .İlham Əliyev bildirdi ki, keçən ay Rumıniyada səfərde olarkən təbii qazımızın Rumiyaya çatdırılması,oradan da Avropanın digər ünvanlarına nəql olunmasına dair müqavilə imzalanıb. Azərbaycan Cənub Qaz  Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra edib və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilib.  Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Azərbaycan  qaz ixracatını sürətlə artırır .Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra edildi.
       
Çıxışının sonunda prezident İlham Əliyev iki ölke arasında yaşıl enerji və nəqliyyat sahesində də yaxın gələcəkdə əməkdaşlıq edilməsinə umidvar olduğunu bildirdi.
             
Ruminiya Presidenti Klaus Yohannis də eyni zamanda Azərbaycanda ona göstərilən yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edərək, İlham Əliyevə minnətdarlığını bildirib. Klaus Yohannis həmçinin bidldirdi ki,  Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir və ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və  digər sahələrində əmakdaşlığı inkişaf etdirməyə hazırıq.



Babayeva Elanora,
Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
   


шаблоны для dle 11.2
Вернуться назад