Главная > Maraqlı > Azərbaycan və Ruminiya dosluğu

Azərbaycan və Ruminiya dosluğu


5-02-2023, 15:31. Разместил: admin44


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis 2 fevral 2023-cü il tarixində mətbuata bəyanatla çıxış ediblər.
             
Azərbaycan Respublikasının Prezidenti çıxışı zamanı Rumıniyanın Prezidenti Klaus Yohannisi salamlayaraq onun ölkəmizə rəsmi səfərindən məmnun olduğunu bildirib və qeyd edib ki,ölkələr keçən ay Buxarestdə görüşüblər,indi isə Azərbaycanda görüşürlər. Bu onu deməyə əsas veriri ki, iki ölkə arasında yüksək səviyyədə rəsmi dialoq var və müzakirə olunan məsələlər ölkələrimizin maraqlarına cavab verir.
             
Cənab Prezident qeyd edib ki, ölkələrimiz uzun illərdir ki, əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Bugünkü müzakirə olunacaq məsələlər də strateji əhəmiyyət daşıyır.Cənab Prezidentin dediyinə əsasən söyləmək olar ki,iki ölkə arasında siyasi əlaqələr çox yüksək səviyyədədir.
             
Ölkəmizin rəhbəri iki ölkə arasındakı ticari-iqtisadi sahələrdəki nəticələrdən də danışaraq bildirib ki, ticarət dövriyyəsi iki dəfədən çox artıb və ticarət dövriyyəmizin əsasını Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.Bu barədə danışan Prezident İlham Əliyev hökumətlərarası komissiyanın fəaliyyətindən də söz açıb.
           
 Daha sonra cənab Prezident təkcə Rumıniya –Azərbaycan əlaqələrinin yox,bütövlükdə dünya gündəliyinin mərkəzində duran energetika sahəsindən danışıb.Prezident qeyd edib ki,uzun illərdir ki,Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir.İndi isə əməkdaşlığımızın yeni mərhələsi başlayır.Biz Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalamışıq.
             
Çıxışı zamanı Prezident İlham Əliyev iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin uğurlu icrasından danışıb və bildirib ki,bununla Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilmişdir.Cənab Prezident bunun sübutu kimi keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu göstərmişdir.
               
Daha sonra ölkə rəhbəri fevralın 3-də ölkəmizdə keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimindən söz açmış bə bildirmişdir ki,Prezident Klaus Yohannis həmin mərasimdə iştirak edəcəkdir.Bu da tədbirin çox önəmli olduğundan xəbər veriri.Cənab Prezident qeyd etmişdir ki,Buxarestdəki görüş yaşıl enerji ilə bağlı olub və istiqamətdə mühüm addımlar atılmışdır.Yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək.Əlbəttə,bu çox strateji bir layihədir və bu layihə böyük sərmayə tələb edir.Bu layihə bir neçə ölkəni,iki dənizi birləşdirən bir layihədir.Cənab Prezident söyləmişdir ki,ümid edir ki,komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcəkdir.
               
Prezident İlham Əliyev öz fikirlərini yekunlaşdıraraq qeyd etmişdir ki,biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru,inkişafa doğru,enerji təhlükəsizliyinə doğru çox böyük addım atmış olduq.Bundan başqa digər sahələr də əhəmiyyət kəsb edə bilər,o cümlədən nəqliyyat sahəsi.Cənab Prezidentin sözlərinə görə,Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanlar var.
               
Bu olunan səfər və səfər zamanı keçirilən görüşlər ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf etdiriləcəyinin bariz nümunəsidir.



Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад