Главная > Maraqlı > Masallı məktəbliləri üçün düşərgə təşkil edilib

Masallı məktəbliləri üçün düşərgə təşkil edilib


6-02-2023, 23:30. Разместил: admin44

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə altıncı qrant müsabiqəsi”ndə qalib olmuş Masallı rayonunun Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbinin icra etdiyi “Məktəblilər üçün sosial sahibkarlıq dərnəkləri” layihəsi çərçivəsində rayonun 12 məktəbindən seçilmiş 15 nəfər yuxarı sinif şagirdləri üçün Lənkəran şəhərində iki günlük (4-5 fevral) Sosial Sahibkarlıq Düşərgəsi təşkil edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru və layihə rəhbəri Tural Nuriyev layihənin donoru və məqsədləri barədə məlumat verib. O, qeyd edib ki, layihə çərçivəsində ilk öncə Masallı rayonunun 15 məktəbində 300-dən çox şagird üçün Sosial Sahibkarlq haqqında təlimlər təşkil edilib: “Təlimlərdən 15 fəal şagird seçilərək Lənkəran şəhərindəki 2 günlük düşərgəyə cəlb edilib. Sonda Masallı rayonunun sosial-iqtisadi potensialı ilə daha yaxından tanışlıq üçün müxtəlif müəssisə və qurumlara infoturlar təşkil ediləcək...”

Düşərgədə məktəblilərə öz təcrübəsini bölüşmək üçün dəvət edilən mentorlar – “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev “Şəbəkələşmə və bacarıqlar”, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov “Təqdimat və bədən dili”, Lənkəran Dövlət Universitetinin müəllimi, ELM Tədris Mərkəzinin həmtəsisçisi Samir Salayev “Mütailə və araşdırma” mövzularında çıxış edərək iştirakçılara tövsiyələrini verib, məktəblilərin suallarını cavablandırıblar.

Həmçinin ikigünlük düşərgədə iştirak edən layihənin eksperti Nemət Əliyev, təlimçi Rafət Şirəliyev müvafiq mövzular üzrə məktəblilər üçün müxtəlif təlimlər, oyun və komanda işləri təşkil ediblər.

Sonda düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад