Главная > Maraqlı > Masallıda “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda silsilə tədbir- Güllütəpə məktəbliləri

Masallıda “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda silsilə tədbir- Güllütəpə məktəbliləri


6-02-2023, 21:00. Разместил: admin44

Fevralın 6-da Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı Təhsil Sektoru və Masallı rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsillərə ümumilli lider Heydər Əliyev irsinin təbliğ olunması, vətənpərvərlik hissinin aşılanması və bədii kitabların oxunması olmuşdur. Tədbirdə Güllütəpə kənd tam orta məktəbinin lX-Xl sinif şagirdləri iştirak ediblər. Kitabxananın direktor əvəzi Zamin Məmmədov onlara kitabxananın yaranma tarixi haqqında məlumat verərək, kitabxana fondu və burada kitabların saxlanma şəraitini onların diqqətinə çatdırıb. O, çıxışında məktəblilərin öz asudə vaxtlarını səmərəli keçirməkdə mütailənin önəmini vurğulayıb.

Məktəblilər kitabxanada iş prosesi və şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, fonda daxil olan yeni kitablar haqqında ətraflı məlumat əldə ediblər. Oxu zalı, “Nağıl otağı” və aktual mövzular üzrə təşkil olunmuş kitab sərgiləri ilə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub. Kitabxana əməkdaşı Gülər Piriyeva onları abunə qaydaları ilə tanış edib. Sonda məktəblilər istədikləri kitablara üzv yazılıblar.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад