Главная > Maraqlı > Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində görüş
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində görüş5-02-2023, 10:19. Разместил: admin44 |
Fevralın 3-də Bakıda “Gülüstan”sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.Açılışda Prezident İlham Əliyev iştirak edərək çıxış edib. Çıxışa başlayan ölkə rəhbəri gələn qonaqları salamlayıb və vurğulayıb ki, Rumıniyanın Prezidenti K.Yohannis ölkəmizə rəsmi cəfərdədir və bu gün bizimlə olduğu üçün ona minnətdarıq. Prezident qeyd edib ki, Rumıniya enerji təhlükəsizliyi məsələsinə böyük diqqət yetirir. Daha sonra cənab Prezident xanım komissar Simsona öz təşəkkürünü bildirib və qeyd edib ki,xanım Simson bizim bütün təşəbbüslərimizə dəstək verib. Ölkəmizin rəhbəri görüş haqqında ətraflı məlumat verərək bildirib ki,bir çox məsələlər haqqında danışaraq gələcək addımlarımızı planlaşdıracayıq.Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 8-ci toplantısından sonra dünyada baş verən dəyişiklikdən danışıb və bildirib ki, enerji təhlükəsizliyi məsələlərininhər bir ölkə üçün əhəmiyyəti daha da artır. Bizim birgə səylərimizin nəticəsi olaraq yeni marşrutlar qurulur. Əlbəttə ki, biz vaxt itirmədən işə başladıq.İndi isə onun genişləndirilməsi haqqında danışırıq.Həmçinin TANAP və TAP-ın milyard kubmetrlərlə genişdirilməsini müzakirə edirik.Çıxışı zamanı Prezident İlham Əliyev digər bir hadisələrədə də diqqət çəkib. Cənab Prezident ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenlə imzlanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumunu xüsusi qeyd edib və bildirib ki, gələcək planlarımız üçün yol xəritəsidir. Cənab Prezident qeyd edib ki, 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı düşünür,çünki bizim geniş resurslarımız var.Bizim çox yüksək səviyyədə qarşılıqlıetimadımız var.Bu çox vacibdir. İclasın digər mühüm hadisəsindən biri isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması haqqında idi. Bu,Cənub Qaz Dəhlizi layihəsi və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində oldu və nəticədə bizim üçün təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanıını yaratdı. Cənab Prezident dekabr ayının Azərbaycan üçün çox vacib ay hesab edib, çünki bu ayda iki mühüm hadisə baş tutub. Rumıniya Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan,Gürcüstan,Macarıstan və Rumıniya arasında imzalanib. Daha sonra Prezident İlham Əliyev təbii qaz resurslarından danışıb və bildirib ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il bəs edəcəkdir.Cənab Prezident qeyd edib ki, komandamıza dörd iştirakçı olsada gələcəkdə artma potensialı var,çünki biz düşünürük ki,yalnız hökumətlər deyil,şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər. Sonra Prezident İlham Əliyev Məşvərət Şurasının işinin necə qurulması haqqında danışıb və qeyd edib ki,bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur.Buna görə də biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor olacağını bilməliyik. Prezident İlham Əliyev bərpaolunan enerji ilə bağlı planlardan da danışıb və bildirib ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda ,həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Digər bir layihə isə Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelidir ki,iş planı mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur. Azərbaycan həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu ,təsdiq olunmuşdur. Qazın paylanması iləəlaqədar yaxşı uğurlarımızın olunduğu da qeyd olunub. Sonda cənab Prezident qeyd edib ki,mən əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdər. Bunun üçün işimizi komanda şəklində davam etdirməli,bir-birimizi davamlı dəstəkləməliyik. Ş.Xəlilova, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimı "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |