Главная > Maraqlı > Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində iclasda Prezident İlham Əliyev  çıxış etmişdir

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində iclasda Prezident İlham Əliyev  çıxış etmişdir


6-02-2023, 10:25. Разместил: admin44
 

Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmişdir. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Strateji tərəfdaşı Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir. Rumıniya ilə gələcək ümumi addımlar əlaqələndirmə nəticəsində atılacaqdır.Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi  məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır.
           
Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi  haqqında danışırıq.Təbii qaz ixracı artır. İxrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Cari ildə onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir. SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də davam edəcəkdir. Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir. Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür.
               
Davamlı əməkdaşlığı təmin edən memorandum. Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində  Strateji Memorandum uğurlu əməkdaşlığımızın zəmanətidir. Aparıcı maliyyə qurumları layihəyə maraq göstərir. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır. Bakı -Tiblisi-Ceyhan neft boru kəməri, istər Bakı -Tiblisi -Ərzurum qaz boru kəməri istərsə də Cənub Qaz Dəhlizi bizim güclü siyasi iradəmiz və fəaliyyətimizin uğurlu tarixçəsidir.
           
Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.          
           
Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq. Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına əlavə olaraq, - bu, birmənalı olaraq baş tutur, - biz, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq.Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Layihələr gələcəyə doğru hesablanmalıdır. Təbii qaz ehtiyatları ən azı 100 il üçün bəs edəcək.



Müşfiq Qurbanov,
Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад