Главная > Maraqlı > Masallıda “Polisdə Xidmətə başla” başlığı altında tədbir

Masallıda “Polisdə Xidmətə başla” başlığı altında tədbir


8-02-2023, 23:30. Разместил: admin44

08 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının DİN-in və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Masallı Gənclər Evi SXM-nın inzibati binasında tədbir keçirilmişdir.

Tədbirdə DİN ŞHİİ-nin əməkdaşları polis polkovniki Laçın Paşayev, polis polkovnik-leytenantı Firdovsi Nəsirov, Masallı RPŞ-nin rəisinin ŞHİÜ köməkçisi polis kapitanı İxtiyar Talıbov, Polis Akademiyasını yeni bitirmiş əməkdaşları, polis veteranları, Masallı təhsil sektorunun nümayəndəsi Samit İslamov, Masallı Gənclər Evi SXM direktoru Fuad Mənsimov, Masallı Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov və məktəbin IX-XI sinif şagirdləri  iştirak etmişlər.

Tədbirdə hərbi xidməti başa vurmuş gənclər arasında polisin tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə, həmçinin DİN sistemində təhsilə təşviq istiqamətində zəruri məlumatlar çatdırılmaqla profilaktiki söhbətlər aparılmış, gənclərdə maraq doğuran suallar cavablandırılmış, bukletlər paylanılmaqla digər təbligat materillarının nümayişi təşkil edilmişdir.








“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад