Главная > Maraqlı > “Heydər Əliyev ideyaları işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olan Azərbaycan” adlı tədbir

“Heydər Əliyev ideyaları işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olan Azərbaycan” adlı tədbir


8-02-2023, 23:30. Разместил: admin44

Masallı Tarix Diyarşünaslıq Muzeyində “Heydər Əliyev ideyaları işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olan Azərbaycan” adlı tədbir keçirilib.

Fevralın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə “Heydər Əliyev ili” çərçivəsində YAP Masallı Rayon təşkilatının yaranmasının 30 illiyi münasibəti ilə ”Heydər Əliyev ideyaları işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olan Azərbaycan” adlı tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə açan Masallı Tarix- Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva çıxışında 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, hökm sürən hərc-mərclikdən, Ulu Öndərin xilaskarlıq missiyasından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyiimizin yeni bir dövrünün əsasını qoydu.

Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə edərək Heydər Əliyevin sayəsində Azərbaycan dövlətçiliyi, müstəqilliyinin xilas edildiyini qeyd etdi. O, qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək planı puça çıxdı.

Seyfəddin Əliyev qeyd etdi ki, Ümummilli Liderin qadın siyasətinin  nəticəsində  bu gün beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artmışdır.Bu gün respublikamızda  əsası Ulu  Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.

Sonra YAP veteranları Mina Quliyeva, Sevil Ağammədova,  gənc fəallardan Elanora Babayeva, Əsmər Əliyeva çıxış edərək diqqətə çatdırdılar ki, Azərbaycan Respublikası ulu öndər Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu günkü Azərbaycan Respublikası Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, demokratik və ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

 




 “Yeni həyat” qəzeti,
www.yeniheyet.az           шаблоны для dle 11.2
Вернуться назад