Главная > Maraqlı > “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində qazi Müşfiq Nəsirovu ziyarət

“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində qazi Müşfiq Nəsirovu ziyarət


10-02-2023, 11:07. Разместил: admin44

09 fevral 2023-cü il tarixində “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ Müharibəsi qazisi Nəsirov Müşfiq Arif oğlunu ziyarət ediblər.

Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Nəsirov Müşfiq Arif oğlu 24 mart 1999-cu il tarixində Masallı rayon Təzə Alvadı kəndində anadan olmuş, 2006-2017-ci illərdə Təzə Alvadı kəndində təhsil amış, 2017-2019-cu illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib.

Qəhrəmanımız Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşdə kəllə-beyin travması almış, 3-cü qrup əlildir, ll Qarabağ müharibəsində Cəbrayıl, Qubadlı və Xocəvənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına sasən Nəsirov Müşfiq Arif oğlu “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад