Главная > Maraqlı > Masallıdan Türkiyəyə yardım kompaniyası davam edir
Masallıdan Türkiyəyə yardım kompaniyası davam edir10-02-2023, 11:14. Разместил: admin44 |
Masallı rayonunda Masallıdan-Türkiyəyə yardım kompaniyası bu gündə davam etdirilmişdir. Belə ki, dünən olduğu kimi bu gündə rayon sahibkarları, ictimaiyyət nümayəndələri və sakinlər könüllü olaraq qardaş Türkiyə Respublikasında zəlzələdən əziyyət çəkənlər üçün isti geyimlər, qida məhsulları, elektrik generatorları və sobaları, eyni zamanda da müxtəlif məbləğlərdə pul vəsaitlərini ianə etməkdən ötrü yaradılmış qərargahlara gətirmişlər. Ötən gün yola salınan 5 yük maşınından sonra bu gün 1 iri tutumlu yük maşını ilə toplanmış yardımlar Bakı şəhərinə yola salınmışdır. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |