Главная > Maraqlı > “Qəhrəmanları tanıyaq” başlığı altında Bədəlan kənd orta məktəbində

“Qəhrəmanları tanıyaq” başlığı altında Bədəlan kənd orta məktəbində


10-02-2023, 21:24. Разместил: admin44

Fevralın 10-da Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Qəhrəmanları tanıyaq”  başlığı altında Bədəlan kənd orta məktəbində qazilərlə şagirdlərin görüşü təşkil edildi. Vətən Müharibəsində şücaət göstərən qəhrəmanların tanıdılması məqsədilə keçirilən tədbirdə müəllimlər və şagirdlər iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru Əntirə  Tağıyeva  keçirilən tədbirin məqsədindən,   şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğuladı.

Sonra 44 günlük Vətən müharibəsinin iştirakçıları Qüdrət Əzizov, Murad Zeynalov, Ruslan Ağayev, Elçin Məmmədov, Amal Hüseynov, Cahangir Məmmədov, Talıb Qəzənfərli ,Elmir Axundov öz döyüş yollarından, müharibənin acılı ağrılı facələrindən və eyni zamanda böyük birlik sayəsində qazandıqları qələbə sevincindən söhbətlər etmiş oldular. Qəhrəmanlar qeyd etdilər  ki, bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi.

Sonra məktəbin direktoru Arif Mehtiyev, direktor müavini Məhbubə Şahbazova ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu və şagirdlərin təlim tərbiyyəsində ,vətənpərvərlik ruhunda yetişmələri üçün xüsusi rol oynaya biləcək bu cür tədbirin keçirilməsində  əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə etmiş oldular.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az        шаблоны для dle 11.2
Вернуться назад