Главная > Maraqlı > Masallıdan Türkiyəyə gedəcək növbəti yardım maşını hazırlanıb

Masallıdan Türkiyəyə gedəcək növbəti yardım maşını hazırlanıb


10-02-2023, 21:27. Разместил: admin44

Masallıdan-Türkiyəyə yardım kompaniyası bu gündə davam etdirilmişdir.

Belə ki, üç gündür yığılan yardımlar könüllülər tərəfindən çeşidlənərək qablaşdırılmış və yük avtomobilklərinə yığılmışdır. İlk gündən rayonda yardımlar 3 məntəqə üzrə aparılırdısa artıq Ərkivan qəsəbəsində yaradılmış məntəqə üzrə yığılmış yardımlar da Masallı şəhərində olan məntəqədə ümumiləşdirilərək hazır çeşidlənmiş və qablaşdırılmış şəkildə iri tutumlu yük maşınına vurulmuşdur.

Rayon sakinlərinin birliyi ilə könüllü olaraq qardaş Türkiyə Respublikasında zəlzələdən əziyyət çəkənlər üçün isti geyimlər, qida məhsulları, xalçalar, yataq dəstləri, uşaqlar üçün vacib olan ləvazimatlar, elektrik generatorları və sobaları, eyni zamanda da müxtəlif məbləğlərdə pul vəsaitlərini ianə etməkdən ötrü yaradılmış qərargaha gətirmişlər.

Qeyd etmək istərdik ki, yardımın ilk günü 5 yük maşını Bakı şəhərinə yola salındıqdan sonra, növbəti günü 1 və bu gündə 1 ümumilikdə 2 iri tutumlu yük maşını Türkiyə Rerspublikasına yola salınmağa hazırlanmışdır.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.az        шаблоны для dle 11.2
Вернуться назад