Главная > Maraqlı > “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda Təklə və Təzə Alvadı 2 saylı kənd məktəbləri
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda Təklə və Təzə Alvadı 2 saylı kənd məktəbləri13-02-2023, 21:11. Разместил: admin44 |
Fevralın 13-də Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Mərkəzi Kitabxananın və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda Təklə kənd tam orta məktəbinin lX sinif şagirdləri və 2 saylı Təzə Alvadı kənd tam orta məktəbin Vlll sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsillərə ümumilli lider Heydər Əliyev irsinin təbliğ olunması, vətənpərvərlik hissinin aşılanması və bədii ədəbiyyata maraq oyatmaq olmuşdur. Tədbirdə Firudin Dəmirov adına Təklə kənd tam orta məktəbinin lX sinif şagirdləri və 2 saylı Təzə Alvadı kənd tam orta məktəbin Vlll sinif şagirdləri iştirak ediblər. Tədbirə başlamazdan öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ilk çıxış edən Masallı RİH.BA-nın İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların, xüsusilə də təhsil işçilərinin qarşısında ən mühüm vəzifə kimi qoyub. Qeyd olunub ki, Ulu öndər müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə, müəllimlərlə, ziyalılarla çoxsaylı görüşlərində bu məsələyə dönə-dönə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi. Kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgilərlə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub. Sonda məktəbli kitabxana fonduna yeni daxil olan kitablara abunə yazılıblar.Tədbirin sonunda xatirə şəkili çəkilib. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |