Главная > Maraqlı > "Zəfər tarixi" mövzusunda tarix dərsi

"Zəfər tarixi" mövzusunda tarix dərsi


13-02-2023, 21:20. Разместил: admin44

Fevralın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı və Masallı rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib.

Muzeydə keçirilən tarix dərsində Təzə Alvadı və Təklə kənd tam orta məktəbin müəllim və  şagirdləri iştirak edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə muzeyin direktoru Əntiqə Tağıyeva, Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Nahid Həsənov və Təzə Alvadı kənd tam orta məktəbinin müəllimi Şamil Fətullayev çıxış edərək Zəfər tariximizin yazılmasında böyük rolu olan dövlət-xalq-ordu birliyindən söhbət açıblar. Bildirilib ki, otuz illik həsrətə son qoyan şanlı Zəfər düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması ilə yekunlaşdı. Milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirən bu əlamətdar hadisə müasir Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara yazıldı.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад