Главная > Maraqlı > Biz səninləyik qardaş, Türkiyə!

Biz səninləyik qardaş, Türkiyə!


13-02-2023, 09:46. Разместил: admin44

2023-cü ilin fevralın 6-da Türkiyədə zəlzələ baş verib. Təbii fəlakət Türkiyənin 13,5 milyon insanın yaşadığı 10 vilayətini əhatə edib.Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Türkiyədə baş verən zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bu, bizim xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir.  Bu açı hadisənin fəsadlarının aradan qaldırılmasında balaca da olsa kömək etmişiksə bunu özümüzə şərəf bilirik. Hadisə xalqımızı çox sarsıtdı. Qardaşlarımızın dərdinə şərikik. Yaralılara Allahdan şəfa diləyirik.Azərbaycandan davamlı olaraq xilasedicilər, könüllülər,göndərilir. Xalqımız könüllü olaraq qardaşlarına dəstək olmaq üçün kimin əlində nəyi var onu gətirir. Biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, bizdə təkcə dövlətlərarası deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində əsl qardaşlıq əlaqələri mövcuddur.
             
Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü və görülməkdə davam edir. Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən axtarış-xilasetmə işlərinə qoşulub. İstər hava və  istərsədə quru yolu ilə humanitar yardımlar çatdırılıb və çatdırılmaqda davam edir.
               
Azərbaycan Respublikasının birinci vitse - prezidenti Mehriban xanım  Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən humanitar yardımlar göndərilir. Sadə vətəndaşlar öz imkanlarını bu işə səfərbər edib. Bütün bunlar Azərbaycan xalqının mərhəmətinin, şəfqətinin, humanizmin nümunəsi olmaqla yanaşı, həm də milli birliyimizin göstəricisidir.
               
Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu. Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldlrılması ilə bağlı Azərbaycan böyük dəstək gösrətmişdir. 6-8 fevral tarixində Azərbaycandan Türkiyəyə 7 təyyyarə, bir avtomobil karvanı göndərilib. 8 fevralda 14 yük avtomobili krvanı 29 şəxsi heyət, səhra mətbəxi,humanitar yardım, FHN-nin şəxsi heyətinin təminatını Türkiyəyə çatdırıb. 6-8 fevral arasinda FHN–in 725 nəfər heyəti Türkiyəyə göndırilib. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Zəlzələdən zərər çəkənlərə dəstək məqsədi ilə 9 fevral tarixində Naxçıvandan 12 TIR yola salınıb.
             
Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır. Hər bir Azərbaycanlı vətəndaşı kimi biz masallılar da bu aksiyaya qoşularaq qardaş,bacılarımıza dəstəyik.Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə ,bunu özümüz üçün şərəf bilirik.  Hər zaman,hər vaxt bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.Türkiyə-Azərbaycan artıq bir yumruqdur,bir ürəkdir,bir candır.Zəlzələ nəticəsində ölənlərə Allah rəhmət eləsin! Dağıntılar altında qalanlara Allah yardımçı olsun! Biz səninləyik qardaş, Türkiyə!
           
İnşallah tarixin və zamanın ən sərt sınaqlarından keçən, qardaş Türkiyə bu çətinliyə də   ləyaqətlə sinə gərəcək, əsrlərin sınağından kecən qardaşlığımız daha da möhkəmlənəcək.

                 

Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад