Главная > Maraqlı > Qodman məktəbində maarifləndirici görüş

Qodman məktəbində maarifləndirici görüş


15-02-2023, 18:41. Разместил: admin44

Masallı rayonu Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbində məktəbin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədilə tədbir keçirilmişdir.

Tədbirdə Masallı RPŞ-in Xidmət üzrə rəis müavini polis mayoru Elşən Talıbov, RPŞ-in YT çatmayanlarla işi üzrə baş inspektoru Samid Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Təhsil Sektorunun baş məsləhətçisi Samid İslamov, məktəbin direktoru Ramiz Nuriyev və məktəbin şagird, valideyn və müəllim kollektivi iştirak etmişdir.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад