Главная > Maraqlı > Prezident İlham Əliyev böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir
Prezident İlham Əliyev böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir16-02-2023, 10:46. Разместил: admin44 |
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azérbaycan Respublikasının prezidenti İlham Əliyev də çıxış edib. Prezident İlham Əliyev ilk öncə bütün mərasim iştirakçılarını salamlayaraq bildirib ki,bu elektrik stansiyasının yaxın gələcəkdə açılış mərasiminə toplaşacağıq.İlham Əliyev xatırlatma edib ki, Mingəçeviri regionun enerji mərkəzinə çevirən Ümumilli lider Heydər Əliyev olmuşdur.Heydər Əliyevin başçılığı ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Mingəçevir Elektrik Stansiyasının ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.Hal-hazırda bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir. Həmçinin Vətən müharibəsi zamanı məglub olduğunu görən ermənilər bir daha öz xislətlərini ortaya qoyaraq Azərbaycanın əsas enerji mərkəzi olan Mingəçeviri uzaqmənzilli raket atəşinə tutmağa cəhd etdilər lakin onların bu cəhdinin qarşısı alındı. 1280MVT gücünde olan stansiya ilə biz həm öz daxili tələbatımızı ödəyəcək,həm də daha böyük addımlar ata biləcəyik. Bu stansiyanın ətraf mühitə ən böyül faydası o olacaq ki, yeni standartlara cavab verən texnologiyalar sayəsində karbon qazının miqdarı 2 milyon dəfə azalacaq. Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də, ilk növbədə, bu məqsədi güdür. Ona görə biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Həmçinin Prezident İlham Əliyev vurğulayıb ki, İtaliya şirkəti də bu prosesde iştirak edir.Çünki ,İtaliya Azərbaycanın strateji tərəfdaşıdır.Artıq, iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Bərpaolunan enerjidən bəhs edən Prezident bildirib ki, hal-hazırda Azérbaycanda 470MVT-lıq Günəş və külək emeeji staniyaları inşa edilir. Çıxışının sonunda İlham Əliyev əsası qoyulan bu yeni layihələrin xarici şirkətlərlə yeni strateji əməkdaşlıqlara səbəb olacağına ümidvar olduğunu bildirib. Babayeva Elanora, Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |