Главная > Maraqlı > ”Bir dahi ömrü” layihəsi çərçivəsində Qodman məktəbliləri ilə görüş

”Bir dahi ömrü” layihəsi çərçivəsində Qodman məktəbliləri ilə görüş


16-02-2023, 18:29. Разместил: admin44

16-da Masallı Tarix -Diyarşünaslıq Muzeyi “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən ”Bir dahi ömrü” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi. Muzeydə keçirilən tədbirdə C.Kazımov adına Qodman kənd orta məktəbinin müəllim və şagirdləri iştirak etdi.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin əməkdaşı Dilgüşə Məmmədova Ulu öndər Heydər Əliyevin həyatının qəhrəmanlıq anlarından, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığından, mənalı həyatında hər günü, hər anı unudulmaz tarix yaradan zəngin ömür yolundan geniş danışdı.

Sonra Qodman məktəbin təşkilatçı müavini Bəybala Əliyev çıxışında qeyd etdi ki, əgər ulu öndər Heydər Əliyev həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi.

Tədbirin sonunda şagirdlərin muzeyə ekskursiyası təşkil edildi.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад