Главная > Maraqlı > "Qonağımız var" layihəsi çərçivəsində Şamxal Bağışovla görüş

"Qonağımız var" layihəsi çərçivəsində Şamxal Bağışovla görüş


16-02-2023, 18:34. Разместил: admin44

Fevralın 16-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində tədbir keçirildi. Muzeydə keçirilən "Çukurova" Universitetinin məzunu, "Sapienza" Universitetinin magistrantı, Amerikada First Bankda 8 aylıq təcrübə proqramının iştirakçısı, gənc Şamxal Bağışovla təşkil olunmuş görüşdə gənclər və mədəniyyət nümayəndələri iştirak etdi.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və Türkiyədə baş vermiş zəlzələnin qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Muzeyinin direktoru Əntiqə Tağıyeva Azərbaycanın uğurlu gənclər siyasətindən, onun nəticələrindən danışdı.

Daha sonra çıxış edən GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva xaricdə təhsil proqramlarının məzunlarının ölkəyə qayıdaraq öz xarici təcrübələrini gənclərlə bölüşməsinin vacibliyindən söhbət açdı.

Tədbirin qonağı olan Şamxal Bağışov xaricdə təhsil almaq, iş imkanları, təhsil proqramlarına müraciət qaydaları, xaricdə təhsil alan gənclərə dövlət dəstəyi, xaricdəki azərbaycanlı icmalar, mədəniyyətlər arasındakı oxşar və fərqli cəhətlər haqqında gəncləri maraqlandıran sualları cavablandırdı.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад