Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


16-02-2023, 20:57. Разместил: admin44
 

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycanda vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquq və azadlıqlarının qorunması sahələrində mühüm addımlar atılmışdır.

Ölkəmizin məhkəmə sistemində islahatların aparılması, məhkəmələrin elektron sistemə keçməsi, yeni gənc hakimlərin təyin edilməsi bir daha sübut edir ki, Azərbaycanda vətəndaşların hüquqlarının etibarlı müdafiəsi prioritet məsələlərdən biridir. Məhkəmə sistemində şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması, işin keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, eləcə də məhkəmə sistemində funksional idarəetmənin səmərəliliyinin artırılması istiqamətlərində aparılan işləri alqışlayırıq.

Odur ki, hörmətli cənab Prezident, ölkəmizdə apardığınız düzgün islahatlara görə Sizə təşəkkür edir, işinizdə daim nailiyyətlər və uğurlar arzu edirəm.


Hörmətlə,

Ağadədə Abbasov, 
Masallı rayonu, Musaküçə kəndi


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад