Главная > Maraqlı > Masallıda bir qrup Vətən müharibəsi iştirakçıları ilə görüş
Masallıda bir qrup Vətən müharibəsi iştirakçıları ilə görüş17-02-2023, 10:26. Разместил: admin44 |
Masallı şəhər Mədəniyyət Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin təşkilatçılığı ilə bir qrup Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir. İlk öncə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimiz, Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini Adəm Məhərrəmov xalqımızın daim birlik nümunəsi olduğunu Ölkə Başçımızın ətrafında bir yumruq kimi birləşdiyini qeyd edərək Vətən müharibəsində qəhrəman oğullarımızın cəsarəti və sücayəti ilə 30 ildir işğal altında olan torpaqlarımızın azad olunmasından söhbət açmışdır. Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi Vəli Rzayev çıxış edərək Vətən Müharibəsi dövründə gənclərimizin vətənpərvərlik nümunəsindən bəhs etmiş, könüllülərin şöbəyə müraciətinin günü-gündən artdığını bildirmişdir. Tədbirin sonunda 800-ə yaxın Vətən müharibəsi iştirakçısına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mayoru Rasim İsmayılov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi Vəli Rzayev tərəfindən “Müharibə Veteranı Vəsiqəsi” və müxtəlif medallar təqdim olundu. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |