Главная > Maraqlı > Masallı gəncləri üçün “Karyera planlaması”

Masallı gəncləri üçün “Karyera planlaması”


17-02-2023, 17:25. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində Karyera planlamasının 3-cü mərhələsi olan “Məqsədlər” mövzusund təlim keçirilib.

Karyera məsləhətçisi, GİKM-in Masallı nümayəndəliyinin əməkdaşı Orxan Əliyevin təqdimatında keçirilən təlim zamanı “Məqsəd nədir?”, “Arzu və məqsəd arasındakı fərqlər”, “Məqsəd=GPS”, “Məqsədə hazır olmaq üçün lazım olan resurslar”, “Məqsədə çatma alqoritmi”, “SMART məqsəd” kimi mövzulardan danışılıb.

Maraqlı keçən təlim zamanı qeyd olunan mövzular üzrə gənclərin sualları cavablandırılıb, həmçinin real həyatdan nümunələr gətirilərək məqsədlərinə çatmış şəxslərin hansı proseslərdən keçdikləri  gənclərlə müzakirə edilib.

Qeyd edək ki, GİKM-in Masallı nümayəndəliyi tərəfindən “Karyera planlaması”nın mərhələləri silsilə olaraq təlim formatında gənclər üçün təşkil olunacaq.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад