Главная > Maraqlı > Masallıda “Müasir iş axtarışı bacarıqları” mövzusunda təlim

Masallıda “Müasir iş axtarışı bacarıqları” mövzusunda təlim


17-02-2023, 21:57. Разместил: admin44
 

17 fevral 2023-cü il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə “Müasir iş axtarışı bacarıqları” mövzusunda təlim keçirilib. Təlimdə “Masallı Gənclər Evi” SXM-nin təlimçisi Ramal Şükürov, metodisti Nuranə Muxtarova və Lənkəran-Astara Regional Məşğulluq filialının Böyük mütəxəssisi Hüseyn Fətullayev iştirakçılara karyera planlaması, komandanın qurulması, düzgün təqdimat etmək bacarığı kimi mövzulardan danışılıb, həmçinin qrup işləri və enercayzerlər icra olunub.

Təlimin keçirilməsində məqsəd gəncləri karyera və əmək bazarına inteqrasiya olunmasını təmin etmək və bu məqsədlə onlara müasir iş axtarışı bacarıqlarının aşılanmasıdır.



"Yeni həyat" qəzeti,
 www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад