Главная > Maraqlı > Masallıda “İdman hamı üçün” layihəsi çərçivəsində nümunəvi idman tədbiri

Masallıda “İdman hamı üçün” layihəsi çərçivəsində nümunəvi idman tədbiri


18-02-2023, 19:59. Разместил: admin44

18 fevral 2023-cü il tarixdə Masallı şəhər Heydər Əliyev adına parkda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş "İdman hamı üçün" lahiyəsi çərçivəsində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə cüdo və futbol idman növləri üzrə nümunəvi İdman tədbiri həyata keçirilmişdir.

Tədbirdə müxtəlif nümunəvi çıxışlar təqdim edilib. Parkda yaradılmış idman qurğularında müxtəlif idman hərəkətləri yerinə yetirilib.

Qeyd edək ki, nümunəvi idman tədbirinin təşkilində məqsəd əhali arasında bədən tərbiyəsinin kütləviliyinin və idmana marağın artırılması, cüdo və futbol idman növünün tanıdılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад