Главная > Maraqlı > Ana dilimizin inkişafında Heydər Əliyevin rolu
Ana dilimizin inkişafında Heydər Əliyevin rolu20-02-2023, 21:13. Разместил: admin44 |
Fevralın 20-də Masallı Tarix- Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı altında 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq “Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi. Tədbirdə Əli İbadov adına Tüklə kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Muzeyin əməkdaşı Dilgüşə Məmmədova, Tüklə məktəbinin müəllimi Vüqar Əsədullayev, Qalereyada direktor vəzifəsini icra edən Təhmasib Məcidov hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olan dilin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığından danışdılar. Natiqlər ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi qeyd etdilər. Muzeyin əməkdaşı Lalə Nəzərova mövzu ilə bağlı geniş mühazirə etmiş oldu. Tədbirin sonunda şagirdlər muzeyə və qalereyaya ekskursiya etdilər. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |