Главная > Maraqlı > Narkomaniya ilə mübarizə hamımızın işidir Dövrümüzün faciəsi 

Narkomaniya ilə mübarizə hamımızın işidir Dövrümüzün faciəsi 


21-02-2023, 08:47. Разместил: admin44


Televiziya kanallarında hər gecə narkotik maddələrin aşkar edilməsi ilə əlaqədar  kadrlar göstərilir. Ölkəmizin elə bölgəsi yoxdur ki, orada narkobaronların  narkotika ilə tutulması barədə xəbərlər verilməsin. Artıq bu faciəli dərman qramlarla deyil, kiloqram, 10 kiloqram, 100 kiloqramlarla ölçülür. Heç şübhəsiz, qonşu ölkələrdən gətirilərək xaricə ötürülsə də, bundan respublikamızda da istifadə edilir. Nə yaxşı ki, statistika bu sirri gizlətmir. Bunun gizlin saxlanması isə daha böyük faciələrə yol aça bilər.

Narkomaniya dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən ən ürəkağrıdan problemə dönüb. Narkomaniyanın tarixi qədimlərə gedib çıxır. Avropa və Asiya qitələrində yaşamış xalqların mifologiyasında yağlı xaşxaş qozasından alınan şirədən insanların ağrı və əzablarının azaldılmasında istifadə ediblər. Tiryəkli preparatlardan orta əsrlərdə də, bu gün də istifadə olunur. Halbuki tərkibində narkotik olan bitkilərdən müalicə üçün istifadə olunması keçmişdəki kimi bu gün də insan orqanizminə, sağlamlığına, mənəviyyatına  ən sağalmaz zərbələr vuran, ən pis vərdiş kimi qəbulu narkomanlıq və narkotiklərə aludəçilik müasir dövrümüzdə və keçmişdə də xoşagəlməz vərdiş kimi qəbul edilmişdir.
Bu vərdişlərdən ən başlıcası narkobizneslərin, narkobaronların qanunsuz dövriyyəsindən qazanc əldə etməsi üçün bir vasitəyə çevrilmişdir.

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, külli miqdarda pul vəsaiti tələb edən prosesdir. Bu prosesin təhlükəli olması isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və günbəgün artır.

Son zamanlar  ölkəmizdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanları ilə yanaşı digər təşklatlar da ardıcıl tədbirlər həyata keçirirlər. İnsanlar, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işləri vasitəsilə onları narkotik vasitələrdən uzaq durmağa çağırırlar. Narkotik vasitələrdən  istifadə ailələrin dağılmasına, boşanmalara, cinayətkarlığın artmasına, cəmiyyətdə ən böyük bəlalardan olan QİDS xəstəliyinə gətirib çıxarır.

Narkomanın narkotik vasitəni almağa pulu olmadıqda o, hətta oğurluğa, adam öldürməyə və digər cinayətlərə əl atmaq məcburiyyətində qalır.

Narkoman ailələrdə dünyaya gələn uşaqlar əqli cəhətdən, bəzən fiziki qüsurlu olur ki, belələri cəmiyyətin gələcəyi üçün də xoşagəlməz hallara səbəb olur.

Mən müşahidələrimdə yəqin etmişəm ki, narkomanlıq  üçün münbit şərait yaranan regionlarda bu bəla daha da genişlənir.Valideynlər övladlarına ciddi nəzarət  etmir, məktəbdə onların  hərəkəti nəzarət altına alınmır. Qonum-qonşu da belələrinin pis vərdişlərini gizlədirlər.
Bu çox geniş mövzudur. Cəmiyyətə xələl gətirən narkomanlıq  insanlığa,  humanizmə, ədəb-ərkana, dostluğa balta çalan haldır.

Bununla bütün insanlar – valideynlər, pedaqoqlar, xüsusilə psixoloqlar, hüquq-mühafizə orqanları mübarizə aparmalıdırlar.

Bu mübarizədə geriyə yol yoxdur. Müşahidə edilən yeniyetmələr dərhal nəzarətə götürülməlidir. İmkanlı ailələrdə narkomaniyaya meyl edənlər daha çox olur. Valideyn gül  balasına hər gün plansız, səbəbi bilinməyən qədər pul-para verir ki, qoy istədiyini ala bilsin. Beləliklə, pis vərdişlərə yenicə  qədəm qoyan yeniyetmə  ətrafındakıları da cərgəsində görmək istəyir.
Mənə elə gəlir ki, qonşu dövlətlər də narkomaniyadan siyasi mübarizə kimi istifadə edirlər. Bunu da nəzərə alsaq hər vaxt ayıq-sayıq olmalıyıq.



Səid  Mirpencoğlu
AJB-nin üzvü.

 
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

 шаблоны для dle 11.2
Вернуться назад