Главная > Maraqlı > Ümummilli Lider Heydər Əliyevin ədliyyə sahəsinin inkişafına  verdiyi töhfə

Ümummilli Lider Heydər Əliyevin ədliyyə sahəsinin inkişafına  verdiyi töhfə


21-02-2023, 10:15. Разместил: admin44

 Bu il dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edəcəklər. Tarix Heydər Əliyev kimi şəxsləri bir neçə əsrdən bir yetişdirir. Ulu Öndər Azərbaycanın ağır günündə gələrək dövlətimizi xilas edib çiçəklənməsinə nail olmuşdur. Azərbaycanın rəhbərliyinə gəlməklə bütün sahələrin inkişafına nail oldu. Eləcə də, ədliyyə sahəsinin inkişafına da öz töhfəsini vermişdir. Ədliyyə sahəsinin inkişafının şanlı tarixi məhs Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan Respublikasna rəhbərlik etdiyi bütün dövrlər ərzində  ədliyyə sahəsi daim diqqət və qayğısı ilə əhatə olunmuşdur

Ədliyyə Nazirliyinin yenidən təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.
Azərbacan ədliyyəsinin tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlansa da Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra Ədliyyə Nazirliyi ləğv edilmiş və onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

Xalqımızın müstəqilliyini yenidən bərpa etdikdən sonra Respublikada demokratik hüquqi dövlət quruculuğu prosesinə başlayan dahi lider hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən ədliyyə sahəsinin inkişafına rəvac verdi.

Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından dövlət idarəçilik formalaşması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, hər şeydən öncə, xalqımızın tarixi ənənələrinə söykənən ədliyyə sahəsində mühüm nailiyyətlər əldə olunurdu. 

Onu da vurğulamaq lazımdır ki, Ulu Öndər ilk dəfə Azərbaycan Respublikasına rəhbərliyə başladıqdan sonra ilk olaraq 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyətini təmin etmişdir. Ədliyyə sahəsi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaradılmşdır
Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır..

Ədliyyə işçilərində mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanı olaraq tam faliyyətinin həyata keçirilməsi üçün əsaslı zəmin yaradılmışdır.

Ölkədə ədliyyə işinin səmərəli təşkili ilə bağlı çox mühüm qanun və qərarlar qəbul olundu. 

Ulu Öndərin bünövrəsini qoymuş olduğu dövlət idarəçilik siyasətinin nəticəsi olarad hazırda Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biri, cənubi Qafqazın lider dövləti olaraq  dünyəvi, demokratik, hüquqi dövlət kimi dünya birliyində ön sıralardadır. 

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi zaman  beynəlxalq arenada Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq hüquqi yardımın yaxşılaşdırılması da xüsusi diqqət mərkəzində saxlanılmışdır. Nazirlik tərəfindən bir çox dövlətlərin ədliyyə qurumları ilə əməkdaşlıq haqqında saziş və anlaşma memorandumları imzalanmışdır.
 
Azərbaycanın paytaxtı dünyamiqyaslı ədliyyə forumlarının, beynəlxalq məhkəmə-hüquq tədbirlərinin keçirildiyi məkana çevrilmişdir.

Bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak etmələrinin əsas səbəbi kimi, 1999-cu ildə ilk dəfə yerli özünüidarə orqanları - bələdiyyələrin formalaşması və onlara inzibati nəzarətin həyata keçirilməsinin də Ədliyyə Nazirliyinə tapşırılması Ulu Öndərin həmin Nazirliyə verdiyi xüsusi önəm, siyasi partiyalar və yerli özünüidarə etmənin gələcək inkişafına verdiyi töhfə  idi.

Yuxarıda qeyd etdiyimiz kimi, ədliyyə orqanlarının tarixi kimi onun keçdiyi inkişaf yolu da zəngin çalarlarla əhatə olunmuşdur.

 İndi bizim ölkəmiz üçün yeni dövr başlayır. Biz tam əminik ki, 100 illiyini böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq olaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz İlham Əliyevə yardımçı olmağı bu dövrdə vəzifə və vətəndaşlıq borcu sayırıq.

Ümummilli Lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ədliyyəsinin inkişafı üzrə mütərəqqi islahatlar aparılır. Belə ki, Ədliyyə sahəsində islahatların davamlığının təmin olunması məqsədilə dövlət başçısının müxtəlif vaxtlarda “Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqrqmı” ilə bağlı Sərəncamlar imzalamışdır. 

Son illər ədliyyə sisteminin müasirləşdirilməsinə xidmət edən elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı tədbirlər informasiya və kommunikasiya texnologiyalardan istifadə olunması, innovativ həllərin tətbiqi ədliyyə sahəsində prioritet məsələrdən birinə çevrilmişdir.

“Elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrasının təmin edilməsi məqsədi ilə  elektron ədliyyə xidmətlərinin dairəsi genişləndirilməkdədir.

Eyni zamanda Ədliyyə Naziri cənab Fikrət Məmmədoun əhaliyə xidmət sahəsində işin səmərəliliyinin artırılması, struktur qurumların fəaliyyətində ölkə başçısının dövlət idarəçiliyinin təkmilləşdirilməsinə dair tapşırıqlarına uyğun optimallaşdırılması,əməkdaşlar tərəfindən etik davranış qaydalarına və icra intizamına dönmədən əməl olunması ilə bağlı və digər konkret göstərişlər verilib.
Biz ədliyyə işçiləri olaraq Ümummilli Lider Heydər Əliyevin banisi olduğu dövlətçilik ənənəsinə sadiq qalaraq dövlət başçısı və Ədliyyə Nazirinin verdiyi tapşırıq və göstərişlərin öhdəsindən layiqincə gəlməyə çalışırıq.



Rabi İSAYEV,
Masallı regional “ASAN xidmət” mərkəzində 
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад