Главная > Maraqlı > Masallı şəhərində qanunsuz tikililərin söküntüsü davam edir
Masallı şəhərində qanunsuz tikililərin söküntüsü davam edir21-02-2023, 19:37. Разместил: admin44 |
Masallı rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı rayon Mənsil İstismar Sahəsi tərəfindən qanunsuz tikililərin sökülməsi işləri davam etdirilir. Belə ki, çoxmənzilli yaşayış binalarının həyətində qanunsuz və heç bir sənədi olmadan tikilən qarajlar, yardımçı tikililər, eləcədə binaların önündə zəbt olunaraq hasara alınmış ərazilər zəbtdən azad olunub təmizlənərək ümumi istifadəyə verilmişdir. Rayon ərazisində qanunsuz tikililərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər davam etdirilir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |