Главная > Maraqlı > Masallının YAP fəalları Heydər Əliyev Mərkəzinə ekskursiya edib

Masallının YAP fəalları Heydər Əliyev Mərkəzinə ekskursiya edib


21-02-2023, 23:30. Разместил: admin44

Fevralın 21-də YAP Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatı ilə birgə “Heydər Əliyev ili” çərçivəsində və YAP Masallı rayon təşkilatının yaranmasının 30 illiyi münasibəti ilə Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər.

Ekskursiyada YAP-ın fəal üzvləri iştirak edib.

Mərkəzin bələdçisi Şəfa Xəlilova tərəfindən partiya fəallarına ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat və fotoşəkillər haqqında ətraflı məlumat verilib.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад