Главная > Maraqlı > Yad sözlər doğma dilimizə keçməsin Günün vacib məsələsi

Yad sözlər doğma dilimizə keçməsin Günün vacib məsələsi


22-02-2023, 10:51. Разместил: admin44

Ana dilimiz xalqın qürur mənbəyidir. Bu dil özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif çətin tarixi mərhələlərdən keçib. Bəzi məqamlarda qarşısına daş diyirlətsələr də müvazinətini saxlaya bilib, dikəlib enişli-yoxuşlu yollardan səbr və təmkinlə keçməyi bacarıb.
Müstəqillik dövrünün ilk illərində dilin şirinliyinə, saflığına əhəmiyyət verilməyərək orfoqrafiyasına xoruz səsi eşitməyən sözlər daxil edilirdi.

Hər kəs də bu dilə müdaxilələrə haqq qazandırırdı. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi,statusunun möhkəmləndirilməsi istiqamətində atılmış çox gərəkli addımlardan biri də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 2001-ci il iyun Fərmanı olub. Həmin illərdə ana dilimizin necə deyərlər çirklənməsi heç kimi narahat etmir, kim necə istəyir elə də həyata keçirir, əcnəbi dilli lövhələr hara gəldi asılırdı.

Azərbaycan dilinin əcnəbi sözlərdən, yad təsirlərdən qorunması bu gün də ən aktual və vacib məsələlərdəndir. Lakin xüsusilə gənclər rus, ingilis, fars, türk və başqa dillərdəki sözləri yeri gəldi-gəlmədi işlədirlər. Şübhə yoxdur ki, həyat davam etdikcə hər dildə yeni söz və ifadələr yaranır. Lakin bu sahədə də ehtiyatlı olmaq lazımdır.
Azərbaycan dilinin saflığını qorumaq hər bir vətəndaşın borcudur. Ölkə Prezidentimiz cənab İlham Əliyev 1 noyabr 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında” verdiyi fərman şübhəsiz çox qürurvericidir.
Bu fərman gələcəkdə də dilimizin saflığının qorunmasında böyük əhəmiyyət kəsb edir.

Ancaq etiraf edək ki, bu gün əcnəbi sözlər lüğətimizə sürətlə keçməkdədir. Məlumdur ki, indiki dövrdə ana dilinin inkişafında radio-televiziya, mətbuat böyük rol oynayır. Təəssüf ki, bu mətbu qurumlarda isə dilimizə yad sözlər yol tapmaqdadır. Məsələn ən qədim yeməyimiz olan plova aş deməklə televiziya nəyə əsaslanır. Plov bizim milli xörəyimizdir. Ona aş deməklə sanki (plovu unutdurmaq kimi) cinayət etmiş oluruq. Soyuducu dilimizə yatan, mənasını tamamlayan sözdür. Ancaq hara gediriksə hər yerdə “Xolodelnik” işlədildiyinin şahidi oluruq. Hələ də “obşem”, “ vopşe”, “tak şto” , “poka”, “dosvidaniya” və s. sözlər dilimizdən düşür.

Yaşadığımız Masallı ilbəil böyüyür və gözəlləşir. Şəhərdə gözəllik salonları, marketlər, başqa mədəni-məişət ocaqları ünvan tapır. “Klopatriya”, “Melissa” kimi adlar dilimizdə olan “Nigar”, “Məshəti”, “Səadət” , “Həcər” kimi adlardan istifadə etməklə öz tarixi qadın qəhrəmananlarımızın adını yaşatmaq daha düzgün olmazdımı?.

Yadıma Ulu Öndər Heydər Əliyevin dilçilərlə görüşü düşür. Dahi rəhbər onlara dilimizin qorunması üçün həmişə sərvaxt olmağı tövsiyə edirdi. Ümummilli lider ədəbiyyatçılar, memarlar, səhiyyə işçiləri ilə görüşlərində də bu məsələyə toxunurdu.

Hələ 1978-ci ildə, Sovetlər dönəmində qəbul edilən Konstitusiyada Ulu Öndərin səyi nəticəsində Azərbaycan dilinin qorunmasına, inkişafına, saflığına həmişə önəm verən Ulu Öndər Heydər Əliyev göstərirdi ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.” Ümummilli liderin bu müdrik kəlamını heş vaxt unutmamalıyıq.

Bir el deyimində “dilim yoxsa, mən də yoxam” deyilir. Kimliyimizi qoruyub dünyada tanıtmaq üçün dilimizin qorunmasına çalışmalıyıq. Bu mühüm işə biganə qalmaq, məsuliyyətsizlik göstərmək dünyada yaşamağımızı sual altınna qoyur.



Südabə Məmmədova,
AJB-nin üzvü



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад