Главная > Maraqlı > Viləş çayına 87 min balıq körpəsi buraxılıb
Viləş çayına 87 min balıq körpəsi buraxılıb23-02-2023, 09:02. Разместил: admin44 |
Masallıda Viləş çayına çəkikimi balıqlardan çəki, enlialın və ağ amur növündən olan 87 min balıq körpəsi buraxılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Daxili İşlər Nazirliyinin Su polisi bölməsi əməkdaşlarının və Masallı “ASAN Xidmət” könüllülərinin iştirakı ilə baş tutub. Viləş çayına buraxılan balıq körpələri ETSN-nin Kiçik Qızılağac Balıqartırma təsərrüfatında yetişdirilib. ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin sözlərinə görə, məqsəd su hövzələrində balıqların təbii populyasiyasına imkan yaratmaqdır: "Ötən il bu məqsədlə 5 milyon 500 min balıq körpəsi təbii su hövzələrinə buraxılıb. Bu il bu rəqəmin 6 milyona çatdırılması nəzərdə tutulub. Bu kimi tədbirlərin işğaldan azad olmuş ərazilərdə də həyata keçirilməsi planlaşdırılır. Balıqların Viləş çayının bu hissəsində suya buraxılması da təsadüfi deyil. 10-20 qram çəkiləri olan balıq körpələri bir müddət burada adaptasiya dövrünü yaşadıqdan sonra dənizə çıxır. Bu da görülən işin səmərəliliyini artırır". O vurğulayıb ki, bu tədbir brakonyerliklə, qanunsuz ovla məşğul olan şəxslərə də bir mesajdır: "Bu istiqamətdə də aidiyyəti qurumlar tərəfindən qanun pozucularına qarşı ciddi tədbirlər görülür". AZƏRTAC "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |