Главная > Maraqlı / Manşet > “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində ll Qarabağ müharibəsi veteranı Sadiq Heydərovu ziyarət

“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində ll Qarabağ müharibəsi veteranı Sadiq Heydərovu ziyarət


24-02-2023, 18:26. Разместил: admin44

“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ müharibəsi veteranı Heydərov Sadiq Mənsim oğlunu ziyarət ediblər. Ziyarət zamanı qəhrəmanımızın keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Heydərov Sadiq Mənsim oğlu 29 noyabr 1998-ci il tarixində Masallı rayon Yolağac kəndində anadan olmuş, 2005-2016-ci illərdə Yolağac kəndində təhsil almış, 2017-2018-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib, hazırda müddətdən artıq həqiqi hərbi xidmətini davam etdirir.

Qəhrəmanımız Füzuli, Qubadlı, Laçın, Xocalı və Şuşa rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Şuşa rayonun azadlığı uğrunda gedən döyüşdə sağ qolundan yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Heydərov Sadiq Mənsim oğlu “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад