Главная > Maraqlı > Masallıda “Mən Xocalıdanam” adlı tədbir

Masallıda “Mən Xocalıdanam” adlı tədbir


24-02-2023, 18:29. Разместил: admin44

Fevralın 24-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar “Mən Xocalıdanam” adlı tədbir keçirildi.

Tədbirdə təşkilatçı müəssisə əməkdaşları, gənclər və Xocalı sakini Kamilə Quliyeva öz nəvələri ilə iştirak etdi.

Əvvəlcə soyqırımın qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru Əntiqə Tağıyeva, GİKM-nin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva mövzu ilə bağlı geniş danışaraq, xalqımızın hər zaman ağır gündə bir yerdə olduğunu və Xocalı soyqırımı qurbanlarının qısasının alındığını xüsusi qeyd etdilər.

Sonra Xocalı sakini Kamilə Quliyeva o günlərlə bağlı acılı xatirələrindən tədbir iştirakçılarına danışdı.

Yekunda tədbir iştirakçıları muzeydə Xocalı soyqırımına aid sərgiyə baxaraq xatirə şəkilləri çəkdilər.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад