Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


25-02-2023, 20:05. Разместил: admin44
 

Əziz və çox hörmətli cənab Prezident.

Bu ilin fevralın 6-da Türkiyə Respublikasında baş vermiş zəlzələlər nəticəsində xeyli insan tələfatı hər birimizi sarsıtdı. Qardaş Türkiyə çətin imtahanla üzləşən anda ilk yanında olan Azərbaycan oldu. Siz hər zaman xalqımızın, millətimizin arxasında olmusunuz. Azərbaycan vətəndaşları Sizin zəlzələ ilə bağlı çağırışınıza qoşuldu, qardaş və bacılarımızın dağıntılar altından çıxarılması, onlara tibbi xidmətin göstərilməsi işlərində yaxından iştirak etməkdədirlər.

Cənab Prezident, qardaş Türkiyə Respublikasına göstərilən qayğı və köməyə görə Sizə minnətdarlığımızı çatdırırıq. Azərbaycan vətəndaşları görür ki, dar gündə də, xoş gündə də Türkiyə Respublikasının vətəndaşları ilə bir yerdəyik. Böyük Tanrının sınağa çəkdiyi zəlzələ dəhşəti hələ də qəlblərimizi üzür. Amma, Azərbaycanla Türkiyə qardaşdır və həmrəyliyin bu gücü bizi çətinliklərdən çıxaracaq. Biz buna əminik. Çünki, bir millət, iki dövlətin arxasında İlham Heydər oğlu Əliyev, Rəcəb Tayyib Ərdoğan kimi sərkərdələr durur. Xalqlarımızın kədəri də, sevinci də bizimdir.
Yaşasın Ali Baş Komandan İlham Əliyev!
Mən fəxr edirəm ki, Sizin kimi rəhbərimiz var. Allah ailənizi, övladlarınızı qorusun. Siz Azərbaycan xalqının xilaskarısınız. Sizinlə fəxr edirik. Siz Azərbaycanın Vətən Qəhrəmanı, yenilməz Ali Baş Komandanısınız.


Hörmətlə,
Şükürov Şəmsəddin Əsədulla oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад