Главная > Maraqlı > 26 Fevral-Xocalı soyqırımı

26 Fevral-Xocalı soyqırımı


26-02-2023, 18:05. Разместил: admin44

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insanı cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım ,eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
           
Bəli,1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalıda azərbaycanlılara qarşı XX əsrin ən qorxunc cinayətini həyata keçirtdilər.Xocalıda dinc əhaliyə qarşı əsrin ən böyük faciəsini- Xocalı soyqırımını törətdilər. Bu faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş, əsir götürülmüş şəhər yerlə-yeksan edilmişdir.Faciə nəticəsində 613 nəfər qətlə yetirilmiş,1275 nəfər əsir götürülmüş,150 nəfərin taleyi isə indiyə kimi məlum deyil.
             
Bu faciədə öldürülmüşlərin arasında 106 qadın,63 uşaq və 70 nəfər ahıl insan var. Faciənin nəticəsi olaraq 487 nəfər əlil olmuş,6 ailə tamamilə məhv edilmiş,26 uşaq hər iki valideynini,130 uşaq isə valideynlərindən birini itirmişdir.
             
Xocalı XX əsrin misli görünməmiç faciəsidir.Ermənistan bu faciəni törətməklə Xocalı adlı bir şəhəri xəritədən silmək istəmişlər.Faciənin ağırlığı bir çox ölkələri sarsıtmış,bu ölkələr faciəni törətmiş erməni işğalçılarına etirazlarını bildirmişlər.
             
Bir çox Beynəlxalq Konvensiyalar, universal qanunlar Xocalı faciəsi kimi faciələri pisləyərək  belə cinayətlərin qəbulolunmazlığını bildirmişlər.
             
Xocalı faciəsi baş verməmişdən əvvəl fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan atəşə tutulmuşdur.Danışıqlara görə, Ağdam yolu açıq olmalı idi.Yerli əhali evlərini tərk edərkən bu yoldan istifadə edəcəkdi, lakin hər dəfə olduğu kimi erməni işğalçıları bu dəfə də vədlərinə xilaf çıxaraq yolu bağladı.Əhali pusquya düşdüklərini anlayanda artıq gec idi.Hər tərəfdən yağan güllə yağışı onların həyatına son qoydu.
             
 O,gecə təbiət də sanki xocalıların qəsdinə durmuşdu.Şaxta,soyuq hava meşəyə səpilmiş insanların tələfinə səbəb olurdu. Bir yandan aramsız güllə yağışı, bir yandan da şaxtalı hava Xocalı sakinlərini irəliləməyə imkan vermirdi.
               
Bu faciə təsadüfi törədilməmişdi. Ermənilər bununla xalqımızı qorxutmaq istəyirdilər. Onlar xalqımızın mübarizə əzmini qırmaq, itirilmiş torpaqlarla razılaşmağa məcbur etmək istəyirdilər, lakin onlar bir şeyi unudurdular. Azərbaycan xalqı mərd, mübariz, heç vaxt inadından dönməyən, ərazisinin bütövlüyünü təmin etmək üçün bütün qüvvəsini sərf edəcək qədər güclüdür. Bu mübarizə meydanı onları daha da mətinləşdirəcək.
             
Bu faciə xalqın yaddaşında dərin iz buraxdı.Hər il fevralın 26-da Xocalı Soyqırımı Günü qeyd olunur.Ümummilli Liderimizin “ Xocalı Soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevralın 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
             
Xalqımız torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçənləri,Xocalı faciəsində qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur,onları ehtiramla yad edir.



Ş.Xəlilova,
Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 
шаблоны для dle 11.2
Вернуться назад