Главная > Maraqlı > Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü


1-03-2023, 19:12. Разместил: admin44

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz dərəcədə böyükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda bu dövlətin , müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır.            
           
Heydər Əliyev zəngin və geniş dövlətçilik təfəkkürünə malik olan nadir dövlət xadimlərindən biridir. Dövlətçiliyin nəzəriyyəsi ilə təcrübəsinin möhkəm vəhdətinə nail olmaq və bütün bunları özünün intellektual qabiliyyətləri ilə əlaqələndirməyi bacarmaq Heydər Əliyev fenomeninin əsaslarını təşkil edir. Çoxəsrlik ənənələrə malik olan Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan epoxa xüsusi əhəmiyyətə malikdir. Siyasi olimpin zirvəsinə doğru inkişafda Heydər Əliyev adidən aliyə doğru bütün pillələri addım-addım keçmiş, zəngin həyat təcrübəsi əldə etmiş və mükəmməl dövlət idarəçiliyi formalaşdırmışdır.Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli tərəqqinin 35 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən uca tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır.
                 
Heydər Əliyevin unikallığını səciyyələndirən xüsusiyyətlər saysız-hesabsızdır. Adi vətəndaşdan tutmuş dünyanın ən qüdrətli ölkələrinin başçılarına qədər onunla müxtəlif mövzular ətrafında ünsiyyətdə olan hər bir kəs qarşısındakının fenomenal yaddaşından və ensiklopedik biliklərindən heyrətə gəlirdi. Məhz Heydər Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması kimi mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və əbədiyaşarlıq qazandı. Heydər Əliyev ömrü bəşər tarixinin ən mürəkkəb, təlatümlü, inqilablar epoxası olan XX yüzilin misilsiz tərəqqi və sıçrayışlarının da, görünməmiş bəlalarının da bilavasitə şahidi və tərcümanıdır. 10 may 1923-cü ildə qədim Naxçıvan torpağında dünyaya gəlmiş, zəngin, təkrarsız ömür yaşamış dünya miqyaslı tarixi şəxsiyyətin həyatı Azərbaycan xalqının mücəssəm salnaməsidir. Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, Müasir Azərbaycanı yaratmışdır. Yaşandıqca, mahiyyətinə vardıqca, ictimai-siyasi həyatımızda, mədəni-mənəvi yaddaşımızda, bilik və təsəvvürlərimizdə əbədiləşən Heydər Əliyev fenomeni daha böyük dəyər kəsb edir, aydın cizgilər qazanır. Möhkəm siyasi və dövlətçilik mövqeyi, sarsılmaz iradə Heydər Əliyevin simasında geniş dünyagörüş və zəngin həyat təcrübəsi ilə zənginləşdirilmiş və bütövləşmişdir. Böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi olmağın düsturu olan bu xüsusiyyətlərə malik olması Heydər Əliyevi Azərbaycan xalqının və dövlətçiliyinin çoxəsrlik tarixinin əbədiyyət qazanmış, nadir tarixi şəxsiyyəti səviyyəsinə yüksəltmişdir. Müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev mövqeyinin və iradəsinin şah əsəridir. Heydər Əliyevin mövqeyi və iradəsi onun böyük şəxsiyyətinin meyarlarıdır. Konkret mövqe ifadə etmək və aydın siyasi-mənəvi iradəyə malik olmaq Ulu Öndər Heydər Əliyevin nümunəsində sınaqlardan çıxmış dəyərlərdir. Bu da böyük siyasətdə Heydər Əliyev dövlətçilik məktəbinin ibrətamiz dərsləridir.
             
2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri həyata keçirməklə yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir, xalqımızın humanist dəyərlərini beynəlxalq aləmdə yetərincə təbliğ edir. Birinci vitse-prezidentin regionlara səfərləri dövlətin vətəndaşlara olan humanizminin, səmimiyyətinin, yüksək diqqət və qayğısının ifadəsi kimi yadda qalır. Onu hər bölgədə, şəhər və rayonda böyük coşqu, sevinc hissi və məhəbbətlə qarşılayırlar. Mehriban xanım Əliyeva cəmiyyətdə qazanmış yüksək nüfuzu ilə dövlət idarəçiliyinə yeni nəfəs, müasirləşmə və innovativ ruh gətirmişdir. Məlum olduğu kimi, cari ildə bütün bəşəriyyət görünməz bir düşmən olan koronavirus pandemiyasına qarşı mübarizə aparır. Dövlət başçısı İlham Əliyevin ilk günlərdən pandemiyanın yayılma arealını və sürətini, mümkün riskləri düzgün analiz etməklə çevikvə təsirli qabaqlayıcı tədbirlərə başlaması respublikamızın qlobal təhlükədən maksimum az itki ilə çıxmasını təmin etmişdir. Ölkəmiz bu istiqamətdə də qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır. Bu gün Ulu Öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq.
           
Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq. Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!



Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 
шаблоны для dle 11.2
Вернуться назад