Главная > Maraqlı > Masallıda “İDMAN HƏFTƏSİ” şəhər 2 saylı məktəbdə

Masallıda “İDMAN HƏFTƏSİ” şəhər 2 saylı məktəbdə


2-03-2023, 23:30. Разместил: admin44

N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə  5 mart-Bədən tərbiyəsi və İdman günü ilə əlaqədar olaraq “İdman həftəsi” çərçivəsində şagirdlərlə görüş keçirilmişdir.

Tədbirdə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov, N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova, cüdo idman növü üzrə əməkdar məşqçi Xanağa Quliyev, AFFA-nın cənub zonası üzrə aşağı yaş qrupları üzrə nümayəndəsi Rövşən Süleymanov və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Cümşüd Müzəffərli  iştrak etmişlər.

Tədbirdə 5 mart-Bədən tərbiyəsi və İdman günü ilə əlaqədar olaraq “İdman həftəsi” çərçivəsində keçirilən tədbirlərdə fəal iştrakına görə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxrifərmanla təltif edilmişdir.

Tədbirin sonunda şagirdlər arasında idmanla bağlı sorğu keçirilmiş və qalidlər futbol topu ilə mükafatlandırılmışlar.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад