Главная > Maraqlı > Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadı

Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadı


4-03-2023, 10:31. Разместил: admin44

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.

Qoşulmama Hərəkatına sədrlik edən dövlət başçısı gələn qonaqları salamlayaraq görüşdən məmnunluğunu bildirib.

 Prezident İlham Əliyevin təklifi ilə Türkiyə və Suriyada baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad edilib.

Çıxışa başlayan İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatı ölkələrinin qərarına əsasən Azərbaycanın bu Hərəkata sədrliyindən danışıb və qeyd edib ki,2022-ci ildə Azərbaycanın sədrliyinin müddəti bir il də uzadılmışdır.

 Sonra cənab Prezident Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsinin təşəbbüskarı olduğunu vurğulayıb və qeyd edib ki,məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının işçi Qrupunun yaradılması qərarına gəlinib.Cənab Prezident bildirib ki, Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağrılmasını təklif edib,sessiya 2020-ci ilin dekabr ayında  70- dən çox dövlət və hökumət başçılarının içtirakı ilə keçirilib.

Cənab Prezident qeyd edib ki,Azərbaycan Qoşulmama Hərəkatı  ailəsinin üzvləri olan 80 –dən çox ölkəyə koronavirusla bağlı yardım göstərib.Daha sonra Prezident Təşkilatla bağlı digər məsələlərdən danışıb və bildirib ki,məqsədimiz Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.

Prezident İlham Əliyev çıxışı zamanı bəzi qlobal məsələlərə də toxunaraq onlara aydınlıq gətirib.Prezident suverenliyin və ərazi bütövlüyünün pozulması və dövlətlərin daxili işlərinə müdaxilə hallarından da danışıb.

Cənab Prezident BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığını və indiki reallıqları əks etdirmədiyini də vurğulayıb.Prezident bildirib ki,TŞ-nın tərkibi genişləndirilməlidir ki,orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.

Prezident pandemiyanın bəzi layihələrin həyata keçirilməsinə mənfi təsir göstərdiyini bildirərək geriləməyin qarşısını almaq üçün qlobal səylər gücləndirilməli olduğunu qeyd etmişdir.

COVİD-19 pandemiyası dövründə Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək.İki qlobal çağırış var.Afrika və kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək.

İlham Əliyev BMT TŞ-nın səmərəsizliyini qeyd edərək bildirmişdir ki,Ermənistan-Azərbaycan münaqişəsi zamanı TŞ-ı dörd qətnamənin icrasını 30 ilə yaxın müddətdə yerinə yetirməmişdir.Azərbaycan özü bu qətnaməni yerinə yetirmək məcburiyyətində qalmışdır.İndi işğaldan azad olunmuş ərazilərdə Azərbaycan öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır.

Cənab Prezident Azərbaycanın ədalətli mövqeyni dəstəklədikləri üçün Qoşulmama Hərəkatına üzv ölkələrə öz təşəkkürünü bildirmişdir.

Sonda Prezident İlham Əliyev Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəyini bildirib

 

Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

 
шаблоны для dle 11.2
Вернуться назад