Главная > Maraqlı > Qoşulmama Hərəkatı beynəlxalq həmrəyliyin artırılmasına zəmin yaradır  

Qoşulmama Hərəkatı beynəlxalq həmrəyliyin artırılmasına zəmin yaradır  


5-03-2023, 10:37. Разместил: admin44


Bildiyimiz kimi martın 2-də Bakıda Qoşulmama Hərəkatının “COVİD-19”a qarşı mübarizə üzrə Təmas qrupunun  zirvə görüşü keçirilmişdir. Görüşüdə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfini, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Cənab İlham Əliyev qarşıladı.

Prezident ilk olaraq bu yaxınlarda Türkiyədə və Suriyada baş vermiş zəlzələ ilə bağlı dərin hüznünü ifadə etdi ve orda həlak olan insanların xatirələrini bir dəqiqəlik sükutla yad etdi.Sonra isə görüşü açıq elan etdi.Azərbaycan 2019-2022 -ci illərdə,qoşulmama hərəkatına sədrliyə başladı,sonra isə yekdil qərar ilə sədrliyin müddəti bir il daha uzadıldı.Prezident qeyd etdiki Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.COVİD-19-a qarşı ilk mübarizə də qlobal səyləri səfərbər etmek Qoşulmama Hərəkatının təşəbbüsü oldu.İlk dəfə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökümət  başçıları  səviyyəsində ilk onlayın  Zirvə toplantısının keçirilməsini məhz Azərbaycan irəli sürmüşdür.Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif edilmişdi. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı.Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanmış, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilmişdir.

Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 

Prezident çıxışına BMT sistemində aparılan islahatlardan danışaraq davam etdi.BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.Prezident Qoşulmama Hərəkatına daimi yerin  verilməsini qeyd etdi və sədr ölkənin növbəli şəkildə bu yerə sahib olması fikrini irəli sürdü.Dövlət başçısı onuda qeyd etdiki,BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıram.

Azərbaycan dövləti pandemiya dövründə oıduğu kimi yenə də Qoşulmama Hərəkatına üzv dövlətlərinə yardımlarını davam etdirəcəyini bildirdi və Afrika kimi kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdədir. Daha sonra dövlət başçısı qeyd edərək bildirdi ki,  məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. 

Prezident çıxışına BMT-nin Azərbaycana qarşı 30 il müddətində yerinə yetirə bilmədiyi 4 qətnamədən danışdı.2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. 

 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur. 

 Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Biz müasir şəhərsalma - “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq.

Prezident Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünə görə göstərdikləri birlik üçün öz xüsusi təşəkkürünü  bildirib. 

 
Nəzrin Həbibli,
Masallı rayon Tüklə kəndi
Əli İbadov adına Tüklə kənd tam orta məktəbi 
Uşaq Birliyi Təşkilatı Rəhbəri 



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад