Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


6-03-2023, 16:19. Разместил: admin44
 

Möhtərəm Prezident.

Almaniyada dünya əhəmiyyətli Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirlərdə Sizin iştirakınızı, görüşlərinizi və televiziya kanallarına müsahibənizi diqqətlə izlədim. Öz adımdan və ictimaiyyət adından Sizə minnətdarlığımı bildirirəm. Belə mötəbər tədbirlərdə uğurlu iştirakınız bizim üçün qürurvericidir. Plenar iclasda suallara cavablarınız və televiziya kanallarına müsahibəniz çox təsirli alındı. Sanki 44 günlük Vətən müharibəsi dövründə verdiyiniz müsahibələrdən biri idi.
Mən Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, müstəqil Azərbaycan dövlətinin Sizin kimi cəsarətli, müdrik siyasət yürüdən Prezidenti var.

Allah Sizə yar və yardımçı olsun.


Hörmətlə,
Şahmarov Tofiq Şirin oğlu
Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovnik-leytenantı, "İgidliyə görə" medallı
Azərbaycan Respublikası, Masallı şəhəri.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад